Menu
Sənin kartın

Jesus Del Pozo

Jesus Del Pozo

Jesus Del Pozo ispaniyalı dizaynerin eyniadlı markasıdır. Del Pozo markasının əsasını 1974-cü ildə, Madrid şəhərində, kişi geyimləri butikini yaradarkən təsis etmişdir. Butikin yerləşdiyi kvartal geyim maqazinləri və atelyelərin bol olduğu yer olsa da, dizaynerin geyim butiki bu yerin ən məhşur geyim maqazininə çevrilir. İnteryere və səyahətə marağı olan dizayner maqazinini özü dizayn edir.

6 il sonra, dizayner”Pret-a-porter” qadın geyim kolleksiyası ictimaiyyətə təqdim edir. Geyim kolleksiyasının hazırlaması və təqdimatına diqqətlə yanaşan dizaynerin əsas alıcıları ispan aristokratiyası və elit təbəqə olur. Daha sonra dizayner toy libasları, opera və teatr libasları üzərində çalışmağa başlayır.

Nəhayət, 1989 -cu ildə Jesús del Pozo "İspaniyanın ən yaxşı dizayneri" seçilir. O vaxta qədər Jesus Del Pozo markası artıq Moskvada, Barselonada, Madriddə, Parisdə və dünyanın bir çox böyük şəhərlərində tanınırdı. 1992-ci ildə markanın ilk ətri satışa çıxır.

Bu gün Jesus Del Pozo bütün dünyada tanınan geyim və ətriyyat markasıdır. Marka hər il ən azı iki kolleksiya təqdimatı keçirir. 

Jesus Del Pozo Arabian Nights edp - Kişilər üçün nəzərdə tutulmuş ətir, şərq-odunsu ətirlər qrupuna aiddir. Ətir 2010-cu ildə istehsal edilmişdir. (Kəklikotu, Qızılgül;) (Vetiver, Səndəl ağacı, Paçuli, Quayak ağacı, Virciniya sidri, Zəfəran;) (Müşk, Labdanum, Kəhrəba və Aqar ağac..
10,00AZN Vergiler Hariç:10,00AZN
Gösterilen: 1 ile 1 arası, toplam: 1 (1 Sayfa)